Əsas məzmuna keç

Qoşma

Ayrıdı

Zəlimxan Yaqub

1

Vaxtın ancaq bir adı var, zamandı, Keçmişləri, indiləri ayrıdı. Beşik birdi, tabut birdi, taxta bir, Baltaları, rəndələri ayrıdı.

Öz kökündən birdəfəlik qopan var, Öz kökünü həmişəlik tapan var. Tanrı adlı yoğuran var, yapan var, Xəmir birdi, kündələri ayrıdı.

Aldanırıq bu rütbəyə, o çinə, Yem olmuşuq tamahların köçünə. Şeytan girib adamların içinə, Allah birdi, bəndələri ayrıdı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.