Ayrı
Dönə-dönə tutdu məni söhbətə, Çəhlim ayrı, cığır ayrı, iz ayrı. Könül verdim, hər birinə can dedim, Eniş ayrı, yoxuş ayrı, düz ayrı.
Qanad taxtı əsən mehdən, küləkdən, Nəğmə dindi, şeir gəldi ürəkdən. Öpən kimi ləzzət aldı çiçəkdən Dodaq ayrı, baxış ayrı, göz ayrı.
Təbiətin hökmü nədir, gücü nə? Gözəlliyin gücünə bax, gücünə! Bir canım var, qurban olsun üçünə, Günəş ayrı, ocaq ayrı, köz ayrı.
Sərinlənər zirvələrdən qar alan, Qocalarmı sevib burda yar alan. Oğulsansa, bu görüşdən aralan, Yaşa ayrı, dayan ayrı, döz ayrı!