Əsas məzmuna keç

Qoşma

Ayıran

Məxdumqulu Fəraqi

1

Şeyxim, sənə düşmandır, Yarı yardan ayıran. Sonu sənə peşmandır, Yarı yardan ayıran.

Atan bağrı daş olsun, Anan gözü yaş olsun, Min bəlaya tuş olsun Yarı yardan ayıran.

Sevgili oğlu ölsün, Gözünün yaşın silsin, Məcnun qarğışı alsın Yarı yardan ayıran.

Məni yandıran yansın, Yanan çırağı sönsün, Əhli, övladı ölsün, Yarı yardan ayıran.

Ölməsin, həm gülməsin, Bağrı yerdən qalmasın, Bir züryəti qalmasın Yarı yardan ayıran.

Məxdumqulu der, gördüm, Haq işinə can verdim, Yaradana tapşırdım, Yarı yardan ayıran.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.