Aygünün nazı, bəhlulun sazı
Qaynar həvəsdi, Nəğmədi, səsdi. Dünyaya bəsdi Aygünün nazı, Bəhlulun sazı.
Evin işığı, Körpə aşığı. Hər yaraşığı – Aygünün nazı, Bəhlulun sazı.
Gözəldir adı, Şirindir dadı. Toy-tamaşadı Aygünün nazı, Bəhlulun sazı.
Yaz küləyidi, Dağ çiçəyidi. Gül ləçəyidi Aygünün nazı, Bəhlulun sazı.