Aygünüm
Aygünüm, çiçəyimsən, Gözəlim, göyçəyimsən. Həm bu günüm olmusan, Həm də gələcəyimsən.
Aygünüm, quzum mənim, Çörəyim, duzum mənim. Yerdə gülüm-gülşənim, Göydə ulduzum mənim.
Aygün təzə dil açır, Ayaq açır, əl açır. Dodaqları qaçanda Yanaqları gül açır.
Aygünüm aydan gəlir, Çərmənib çaydan gəlir. Kürlüyə başlayanda, Elə bil haydan gəlir.