Əsas məzmuna keç

Təcnis

Ayağa qarqar

Aşıq Ələsgər

1

Var olsun Qarabağ, əcəb səfadı, Başa Xaçın axar, ayağa - Qarqar*. Göyçə qar əlindən zara gəlibdi, Muğan həsrət çəkər: a yağa qar, qar…

Ahən gəzər, səngə verər mər dana, Mərd oğulun qəhrin çəkər mərd ana, Mərd iyid meydanda durar mərdana, Müxənnət yapışar ayağa, qarqar.

Ələsgəri çəkməyinən ala** sən, Geyinibsən, yar, qəddinə ala sən. Lazımdı ki, qərib könlün alasan, İncidərsən, sana, ay ağa, qarqar.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.