Əsas məzmuna keç

Təcnis

Ayağa, ayağa

Aşıq Ələsgər

1

Dağlar sinəsində lalə seyr edər, Səri səcdə qılar ayağa, ayağa. Darda qalanların dadına yetər, Sidq ilə çağırsa: ay ağa, ağa!

Yazarlar kağızın "sin"* arasına, Nanı gətirərlər sini arasına. Cəsəd cansız gedər sin arasına, Nəkreyin qaldırar ayağa, ayağa.

Ələsgər, eşq atın yayın təhrində. Nəqqaşlar yay çəkər yayın təhrində. Dağlar al geyinər yayın təhrində, Qışın çilləsində a yağa-yağa.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.