Əsas məzmuna keç

Təcnis

Ay üzə, üzə

Aşıq Ələsgər

1

Ay nazənin, dərdin mənim canımı Az qalıb incəldə, ay üzə, üzə. Alıbsan əlimdən din-imanımı, Müştaq eyləyibsən ay üzə, üzə.

Yar, məskənim astanamı, dərdimi?**** Kamil bağban gülü bağdan dərdimi? A bimürvət, dərdin mənim dərdimi Artırıb, yetirib a yüzə, yüzə.

Yazıq Ələsgəri oda salıbdı, Fələk gözdən salıb, o da salıbdı.

Çeşmə kənarında oda salıbdı, Cumub sona kimi ay üzə-üzə.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.