Ay ustad
Aşıq Şəmşirə
Bir bağın var, bayatılı, qoşmalı, Xəzan görməz, talan olmaz, ay ustad. Götürəndə Ələsgərin sazını, Çaldığıntək çalan olmaz, ay ustad.
Zaman saldı əllərindən camını, Çox söndürdü aşiqlərin şamını. Dövranından, dünyasından kamını, Sənin kimi alan olmaz, ay ustad.
Sənətkara səksən nədir, azdır, az, Görməlidir neçə bahar, neçə yaz. Mən desəm ki, Aşıq Şəmşir qocalmaz, Doğru sözüm yalan olmaz, ay ustad.
1973, 20 mart