Əsas məzmuna keç

Təcnis

Ay “sin”ə, “sin”ə

Aşıq Ələsgər

1

İbtida "əlif"dən dərsimi aldım, Oxudum yetişdim ay "sin"ə, "sin"ə.* Nəkreyin sualın yadıma düşdü, Nə deyim gedəndə ay sinə, sinə.**

Ovsunçular əllərinə mar*** alı, Zənbur fəmə şaqayıqdan mar alı****, Kamil ovçu yəqin görüb maralı, Gedir bərəsində ay sinə-sinə.

Ələsgərəm, sana ərzim budu, ağa, Yuyar qəssal, qəddim bükər budu ağa. Məcnun könlüm məskən salıb bu dağa, Müştaqdı Leylinin ay sinəsinə.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.