Əsas məzmuna keç

Heca şeiri

Ay səpir nurunu

Zəlimxan Yaqub

1

Gəzib-dolaşırıq çöldə, bayırda, Ay səpir nurunu yarın üstünə. Gedirik yan-yana, nəfəs-nəfəsə, Qoşa iz salırıq qarın üstünə. Mən də isinirəm, o da qızınır, Əlim uzandıqca narın üstünə. O bir bərəkətdi, mən bir sərvətəm, Tanrının bu nurlu qış gecəsində Nə qədər var gəlib varın üstünə.

1997

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.