Əsas məzmuna keç

Heca şeiri

Ay nənələr, babalar

Zəlimxan Yaqub

1

– Kəndimiz hanı? – Şəhərdən uzaqdadı. – Bəs evimiz hardadı? – Yaşıl bir bucaqdadı. – Usub babam hardadı? – Dərs deyir uşaqlara, Əlvan bir otaqdadı. – Güllü nənəm hardadı? – Gedib su gətirməyə, Səhəngi bulaqdadı. Danışın, ay nənələr, Danışın, ay babalar. Sözün cavabı sizdə, Sualı uşaqdadı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.