Əsas məzmuna keç

Heca şeiri

Ay nainsaf, döndəribsən üzünü

Zəlimxan Yaqub

1

Ay nainsaf, döndəribsən üzünü, Salam verrəm, heç almırsan vecə sən. Gözləyirəm, soruşasan halımı, Heç demirsən nə var, nə yox, necəsən?

Kim qatıbdı, qız, ağıya aşını? Az qalırsan yandırasan yaşını. Elə tökdün qabağını, qaşını, Elə bildim ay qaranlıq gecəsən.

1972, 15 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.