Əsas məzmuna keç

Qoşma

Ay Kərəm

Zəlimxan Yaqub

1

Səni od yandırdı, Əsli dağladı, Mən suyun odunda yandım, ay Kərəm. Allahım, vallahım çıxdı yadımdan, Yeri də, göyü də dandım, ay Kərəm.

Alışan odlara dil olmaq nədi, Dərdin havasında zil olmaq nədi, Mən indi bildim ki, kül olmaq nədi, Ah çəkib, adını andım, ay Kərəm.

Zəlimxan neyləsin, qismətdə qəm var, Gözdə qığılcım var, kirpikdə nəm var. Niyə sazımızda “Yanıq Kərəm” var, Yanmaq nə deməkdi, qandım, ay Kərəm.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.