Ay gözəl
Çox danışan bilib danlama məni, Səninlə söhbətim vardı, ay gözəl. İzin ver hüsnünü tərif eyləyim, Sinən dağlardakı qardı, ay gözəl.
Dili gətirənsən ləzzətə, tama, Kimə qismət olsan, o çatar kama. Əndamın pambıqdı, qoynun şamama, Ağ məmələr dəymiş nardı, ay gözəl.
Qoynunda ətri var mixəyin, hilin, Qaymaqdı dodağın, şəkərdi dilin. Qədirbilən ola barı sevgilin, Görməyəm ki, yerin dardı, ay gözəl.
1968, 8 aprel