Ay eylər qıj-qıj
Qeyz eyləyər, çən çəkilər dağlara, Qəhrindən yelləri ay eylər qıj-qıj. Qarşı gəlsə həsrət çəkən yar yara, Ağlı çaşar, səri ay eylər qıj-qıj.
Şin şəhər axtarar, şəc ara dəyər, Şeytan şər eyləyər, şəc ara dəyər, Daşar çaylar, qalxar şəcarə dəyər, Hərlənər daşları, ay eylər qıj-qıj.
Aşıq çaşsa, dildə "qar"a "qar" qalar*, Dağlar sinəsində qara qar qalar. Gəştə çıxsa ərşə qara qarğalar, Çalar qanadların, ay eylər qıj-qıj.
Yazıq Ələsgər, əlin yetsə nə nara, Nə həsrət çək, nə ah eylə, nə nara. Nə insandı səngi salır nə nara, Qaynadar dərya tək, ay eylər qıj-qıj.