Əsas məzmuna keç

Qoşma

Ay bulaq

Zəlimxan Yaqub

2

Ay bulaq, mən sənə dayaz demərəm, Səndə damlanın da dərinliyi var. Dadsız da demərəm, nurlu gözündə Ülvi bir məhəbbət şirinliyi var!

Əyilim, hörmətlə öpüm gözündən, Mənə saflıq da ver, dərinlik də ver. Belə ki, qaynarsan, qaynat könlümü, Belə ki, sərinsən, sərinlik də ver.

Müqəddəs arzumdu sevmək, sevilmək, Demirəm ya dəniz, ya da dağ olum. Nemətdi duruluq, saflıq, təmizlik, Bəsimdi, sənintək bir bulaq olum!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.