Əsas məzmuna keç

Qoşma

Ay bənövşə

Zəlimxan Yaqub

1

Sən hələ dünyaya təzə gəlmisən, Səhərin şehindən iç, ay bənövşə. Üzündən öpəndə duyduğum ətir, Eyləsin dərdimi heç, ay bənövşə.

İncə görkəminə dəysə bir xətər, Göynədər ruhumu güllədən betər. Kolların dibində qaldığın yetər, Yerini qəlbimdə seç, ay bənövşə.

Səndə təbiətin sadəliyi var, Eşqini duymasam, el məni qınar. Nə boynun əyilər, nə qəlbim sınar, Olmasa vədəsiz köç, ay bənövşə.

1975, 14 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.