Əsas məzmuna keç

Təcnis

Ay ana, ana

Aşıq Ələsgər

1

Qarlı dağlar gəldi düşdü araya, Qalmışam qürbətdə, ay ana, ana!

Təbib yoxdu dərman edə yaraya, Sızıldaşır yaram, a yana-yana.

Mən qurban eylərəm yara canımı, Götürüb doğraya, yara canımı. Alıb təpə-dırnaq yara canımı, Bilmirəm dərmanı, ay ana, ana.*

Geyibdi qəddinə yar alacanı**, At müjgan oxunu, yarala canı. İstər Ələsgərdən yar ala canı, Tökəndə zülflərin, a yana, yana.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.