Əsas məzmuna keç

Qoşma

Ay ana

Zəlimxan Yaqub

1

Dost deyəndə səndən düşdü söhbətim, Köhlənimi yüyrək gördüm, ay ana. Ürək coşdu, qəm dağıldı başımdan, Buludları seyrək gördüm, ay ana.

Eşqin çatıb harayıma, dadıma, Çox yanmısan alovuma, oduma. Uşaqlığım gəldi düşdü yadıma, Yağ içində böyrək gördüm, ay ana.

Daha sənin deyib-gülmək vədəndi, Qarmı yağıb, saçındakı nə dəndi? Hara getdim, heç bilmədim nədəndi, Anaları kövrək gördüm, ay ana.

1974, 27 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.