Əsas məzmuna keç

Heca şeiri

Axtarır

Zəlimxan Yaqub

1

Getdin, gedişinlə getdi sevincim, Səni varım gəzir, yoxum axtarır. Sənsiz göyərmədi torpağım, daşım, Əllərim səpməyə toxum axtarır.

Dönmüşəm düzlərdə dəlisov yelə, Sel gəlib, özümü atmışam selə. Göyəmi çıxmısan, səni bir belə Göylərə çəkilən yuxum axtarır.

1975, 21 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.