Axırda bir ovuc kül qalasıdı
Sünbül var, zəmi var, xırman yeri var, Vaxt bir dəyirmandı, ömür dən mənə. Oxşadın indidən qəbir yerinə, Bir qəfəs düzəldin dəmirdən mənə.
Çoxdan tərgitmişəm qəm tərk etməyi, O dərdi çoxaldıb, mən dərk etməyi. Öyrəndim dünyaya gəlib-getməyi, Verin tapşırıqdan, əmrdən mənə.
Nə milçək, nə də ki, fil qalasıdı, Çayların yerində lil qalasıdı. Axırda bir ovuc kül qalasıdı, Allahın verdiyi ömürdən mənə.
2008, 12 mart Almaniya, Münhen şəhəri