Əsas məzmuna keç

Qoşma

Axır zaman olar

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, müsəlmanlar, Bir gün axırzaman olar. Ondan qabaq çox nişanlar, Yerin üzündə qan olar.

Ədalətsız olar xanlar, Həyasız olar əyallar, Çox tökülər nahaq qanlar, Elin feli yaman olar.

Fəsad çox olar, az olmaz, Bu öy ol öyə saz olmaz, Yağmurlar yağar, yaz olmaz, Bir gün badi-xəzan olar.

Hiylə eylər, tapar yollar, Sələm verib yığar mallar, Din yolunu yığıb ellər, Nə məktəb, nə əzan olar.

Namaz qılar, sözlər yalan, Atasına asi olan, Çaxır içib, zina qılan, Əzabı min əlvan olar.

Əmrin tut tanrı dostunun, Asi olma, saxla dinin, İnşallah, Məxdumqulunun, Din yoldaşı iman olar.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.