Axır zaman gələr
Ey yaranlar, müsəlmanlar, Bir gün axır zaman gələr. Kuhi-Qaf dağından aşıb, Dəccal ol dəm rəvan gələr.
İşbu dünyadan keçənlər, Haqqın şərabın içənlər, Atasına yaş beççələr, Su götürüb, rəvan gələr.
Xudayımın rəhməti der, Haqq buyruğun qılmadı der, Səhər xudaya ağla der, Səkkiz behişt xuban gələr.
Ümmətlərə şəfqəti der, Məhəmmədin ümməti der, Uçmaq içrə gisrinlər der, Xudayımdan fərman gələr.
Cahandan ötdü nə canlar, Burda qıl xeyir-ehsanlar, Ey yaranlar, müsəlmanlar, Onda təxti-rəvan gələr.
Məxdumqulu, xeyrat etsən, Qəriblar könlün şad etsən, Qıl siratdan ötəndən son, Burda verən qurban gələr.