Axır zaman evimiz
Fikrin məngənəsində sıxanda həyat bizi, Dözümdən dayaq tapıb, səbrimizə sığındıq. Bir nadan, bir sərsəri keçəndə təhqirlərə, İsmətdən pərdə çəkib, abrımıza sığındıq.
Axır zaman evimiz torpaqda möhrümüzdü, Yaxşı ki, qəbrimiz var, qəbrimizə sığındıq.
2006, 7 yanvar