Əsas məzmuna keç

Qoşma

Axdı varaqlara söz sətir-sətir

Zəlimxan Yaqub

1

Ulduz gecələrin ümidgahıdı, Günəş gündüzlərin güman yeridi. Ağappaq zirvələr bulud oylağı, Qaranlıq dərələr duman yeridi.

Dindikcə kamanlar, ötdükcə neylər, Eşqini yer mənə, göy mənə söylər. Bu qara torpaqlar, bu mavi göylər, Dilimin and yeri, aman yeridi.

Axsın varaqlara söz sətir-sətir, Ömrümə tükənməz bir sərvət gəlir. Ey ilham pərisi, özünü yetir, Gəlməsən, şairin yaman yeridi.

2005, 23 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.