Atı gərək
Ad qazanan qoç igidin Əvvəl bədəv atı gərək. Gələnə qarşı durmağa Yaxşı məhəbbəti gərək.
Mərd gərək cəfa çəkməyə, At gərək zireh sökməyə, Süfrə yayıb, nan tökməyə Könlünün hümməti gərək.
Əl götürün xam xəyaldan, Sizə fayda yoxdur maldan, Ruzigar keçsə halaldan, Ariflər söhbəti gərək.
Yürüsə qulluq qılmağa, Peyğəmbər yolun bilməyə, Dərvişlər könlün almağa Əlində dövləti gərək.
Məxdumqulu, bir gədaydır, Bizi saxlayan xudaydır, Əgər miskin, əgər baydır – Gələnə xidməti gərək.