Əsas məzmuna keç

Gəraylı

Atamın məzarl başında

Zəlimxan Yaqub

1

Ruhumda bir günəşin var, Nuruna qurban olduğum. Qəlbimdə bir atəşin var, Qoruna qurban olduğum.

Damarımda qan dediyim, Dərdimə dərman dediyim, “Can” sözünə can dediyim, “Çor”una qurban olduğum.

Görür gözüm, kor deyil ki, Sevgin şahdı, zor deyil ki, Sən yatan yer gor deyil ki, Goruna qurban olduğum.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.