Atamın
Altmış beşdə, novruz günü, lu ili, Bu əcəl yolunu pusdu atamın, Bu dünyanın işi belədir, bəli, Ömür kəndirini kəsdi atamın.
Bu cahanın işrətini sevmədi, Sərvətini, dövlətini sevmədi, Köhnə şaldan artıq paltar geymədi, Axirətdi ancaq qəsdi atamın.
Derdi: «Dünya fani, ömrə bəha yox», Gündüz rövzə, gecə uyğu, röya yox. Münkir bilməz, müxislərdə dua çox, Peyğəmbər dəstidir dəsti atamın.
Bilirəm, söylərəm işin içindən, Kam alar, kim möhkəm yapışsa dindən, Yarısı mələkdən, yarısı cindən, Mücavirsiz olmaz üstü atamın.
Nüqabədə üç yüz ərən uğraşdı, Çiltəndə atama nəzərim düşdü, Nücabədə həftənlərə qarışdı, Abdulladır çün peyvəsti atamın.
Aləm içrə adam qalmaz, ad gəzər, Bu sirlərdən cahan xəlqi yad gəzər, Yeri cənnət içrə, göydə şad gəzər, Yerdə xoşbəxt olar nəsli atamın.
Məxdumqulu, gizli sirr var bu işdə, Kamil ərə gərək deyil fəriştə, Məhşər günü birbaş girər behiştə, – Hər kim candan olsa dostu atamın.