Atama, müəllimimə
Həyatın yolları yayla qış kimi, İstidi, bürküdü, borandı, qardı. Mənim taleyimi, gələcəyimi, Düşünə-düşünə saçın ağardı.
Gözümdə eynək yox, əlimdə əsa, İstədiyin qədər sağlamam, sağam. Necə saçlarını ağartmışamsa, Elə də üzünü ağardacağam!