Atam – müəllimim
Kitab çəmənindən gül dərə-dərə, Kitablara döndü alnımın təri. Bu gün də qaldırır məni göylərə, Müəllim atamın öyrətdikləri.
Gəzdi saçlarımda qayğıkeş bir əl, Ömrün ləzzətini o tamdan aldım. Əsl qiymətimi məktəbdən əvvəl, Doğma evimizdə atamdan aldım.
Uymadım ötəri görkəmə, dəbə, Elmə əsl sərvət, əsl zər dedim. Mən elə ilk gündən məktəbə Kəbə, Müəllim olana peyğəmbər dedim.
2010, 14 mart