At ili – muraz ili
Muraz ili murazıma baxdı kəm, Çoxlarını tale qoydu can üstə. Xəstə gördüm, sağalmazdı yarası, Zaman-zaman qalasıdı yan üstə.
Bəd nəfəsdən zəhərləndi hava, su, Baş apardı çox başların havası. Dava gedir – millət, qeyrət davası, Dava gedir – şöhrət üstə, şan üstə.
Hansı yağı qismətimi bölmədi? Hansı yağı ürəyimi dəlmədi? Mənim ilim at üstündə gəlmədi, Gəldi, qardaş, qırğın üstə, qan üstə!