Əsas məzmuna keç

Qoşma

Aşiq olmuşam

Məxdumqulu Fəraqi

1

Ey yaranlar bir üzü gül aya aşiq olmuşam, Hamının məqsudi – gül rənaya aşiq olmuşam, Bülbüləm, bağ içrə bir qovğaya aşiq olmuşam, Özü qaib, zülfləri yeldaya aşiq olmuşam, Mənzilim bağ içrədir, səhraya aşiq olmuşam.

Çün fələk saldı məni ol gün fəna torpağına, Düşdü seyrim daima Məkkə, Mədinə dağına, Bülbül oldum, oxudum, girdim İrəmnin bağına, Payi-bənd oldum o gün qəm əhlinin duzağına Yüz bəla-möhnətli bir sevdaya aşiq olmuşam.

Gövdəm içrə yar qəmidir, mənzilim səhrada, hey, Puşeşim qəm-qüssədir, mən dönmüşəm Fərhada, hey, Saldı eşqin, dilbəra, canü ciyərim oda, hey, Tamam nisyə keçdi ömrüm, zaye verdim bada, hey, Ahı çox, əfğanı çox, bir köyə aşiq olmuşam.

Bilmənəm, ol nə bəhrdir, nə müəzzəm dağıdır, Aldı könlüm, getdi ağlım, tən müdam naçağıdır, Onu nisbət etmək olmaz, qumru, bülbül, zağıdır, Ay qərəz hər zülfünə, yetmiş min ər dustağıdır, Qəddi-qaməti bülənd, zibayə aşiq olmuşam.

Dost, həvayi-vəslini mən bunca candan istərəm, Dami-zülfün qeydinə özümü zindan istərəm, Demə: «Qəmdən bir zaman könlümü xəndan istərəm», Bir qərib aşiq mənəm, yar, səni səndən istərəm, Gecəyü gündüz, bilin, hu-hayə aşiq olmuşam.

Qalmışam heyran olub, qeyri müdarım yox mənim, Aldı canım eşqin odu, ixtiyarım yox mənim, Təndə can pərvaz edər, ayrı durarım yox mənim, Gəlsə, ağlım dağıdar, getsə qərarım yox mənim, Qəmzəsi ox, qaşları ol yayə aşiq olmuşam.

Söyləyər Məxdumqulu, mən onda kanə uğradım, Seyr edib vardım fələyə, laməkana uğradım, Çün məni rüsva qılan eşqi-yeganə uğradım. Yetmiş iki şəhr içində min bir dükana uğradım, Bunca sərgərdan-səfilü zayə aşiq olmuşam.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.