Əsas məzmuna keç

Deyişmə

Aşıq Ələsgərlə Aşıq Musa

Aşıq Ələsgər

1

Aşıq Ələsgər Ələstidən "bəli" dedim, Nə xoş kam aldı yüküm; Beş gözəlin aşiqiyəm, Vəsfi camaldı yüküm; Həm dərindi, həm dayazdı, Həm acıdı, həm şirin, Zəhmətdə zəhri-həlahil*, Ləzzətdə baldı yüküm.

Aşıq Musa Ustadımdan dərs almışam, "Mim", "əlif", "dal"dı yüküm; Dürrü qumaş cəm etmişəm, Yaşıldı, aldı yüküm.

Mətahım yey mətahdı, Neylim yoxdu bazarı; Əgər söz isbata keçsə, Xeyli iqbaldı yüküm.

Aşıq Ələsgər Nütfəsindən əyri olan Tez göstərər isbatın; Hər ağac kökündən bitər, Hər meyvə gözlər zatın. Hərcayı hədyana sayar, Naşı bilməz qiymatın; Əhli-ruhan məclisində Gövhər misaldı yüküm.

Aşıq Musa Yığılsın mərdanələr, Məclisi xoş eyləsin; Mərd gərək mərdin yolunda Canın peşkaş eyləsin; Bu gün saqi məclisidi, İstəyən nuş eyləsin; Eyni-kövsərdən götürdüm, Abi-zülaldı yüküm.

Aşıq Ələsgər Biçarə Aşıq Ələsgər, Sığın Şahi-Heydara; Onun damənindən tutan Məhşərdə yanmaz nara. Pirim mənə nüsrət verib, Bu gün çıxdım bazara; Sən sərrafsan, aç xırd elə, Bax gör nə maldı yüküm!

Aşıq Musa Oxumuşam həqiqəti, Mərifətdən halıyam; Şəriətdən dərs almışam, Təriqəti tanıyam. İsmimdi Aşıq Musa, Şahi-Mərdan quluyam; Əhli-ariflər yanında Min bir cəlaldı yüküm.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.