Əsas məzmuna keç

Deyişmə

Aşıq Alı ilə deyişmə

Aşıq Ələsgər

1

Aşıq Ələsgər Gözəllər sultanı, mələklər şahı, Şahmar zülfün nə tökübsən dal dala?! Boyun sərv üstündə budağa bənzər, Mürği-ruhum uçar qonar dal-dala.

Aşıq Alı Şahmar zülfün çin-çin edib hörəndə, Görən deyir, qoy tökülsün dal-dala. Bu dünyada şir də yalqız olmasın, Qardaş durar, qardaşınan dal-dala.

Aşıq Ələsgər Geydim qəm libasın yasin içində, Gələcək Nəkreyin ya sin içində. Doxsan min kəlmədə, yasin içində, Neçə yerdə müttəsildi "dal" "dal"a?

Aşıq Alı Müxənnət heç baxmaz dala, qabağa, Hərcayını məclisindən qab*, ağa!

Yaxşı köhlən cəhd eyləyər qabağa, Yaxşı iyid fikir verər dal, dala.

Aşıq Ələsgər Dərs almışam, oxumuşam hər aya, Bayram ayı demək olmaz hər aya. Şahlar şahı, özün yetiş haraya, Mən yalqızam, düşmən verib dal-dala.

Aşıq Alı Çəməngahı gəl dolanaq yayınan, Atəşə tut, namərd olsun yayınan. Qaşları yay, nə işin var yayınan, Müjganından at oxların dal-dala.

Aşıq Ələsgər Bil, ehtiyac deyil sənə mal indi, Geyibsən qəddinə, sənəm, al indi, Can alansan, canım, Sənəm, al indi, Əzrayılın çəngəlindən daldala.

Aşıq Alı Kamala çatmışam çam* ala indi, Gəl nifrət eyləyək cəm ala** indi. On dördündə çatdım camala indi, Müxənnəsdən çək ətəyin daldala.

Aşıq Ələsgər Ələsgər, əlindən getdi buta* yar, Huşum gedib, ağlım olmaz buta yar. Sinəm qoydum müjganına buta** yar, Əsirgəmə, at oxların dal-dala.

Aşıq Alı Alı unudarmı fail yek sanı, Əzəlindən aram haxla yeksanı, Nainkoru olsun yerin yeksanı, Cəsədini təksim etsin dal-dala.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.