Əsas məzmuna keç

Heca şeiri

Arzu-istək

Zəlimxan Yaqub

1

Mən dağ istəyirəm, başı qarlı dağ, Mənə daş yığını, təpə verməyin. Ağzımda dağ boyda dalğa deyirəm, Yazıq, hıçqırtılı ləpə verməyin. İti Araz verin, dəli Kür verin, Mənə həyəcanlı bir ömür verin. Mənə həyat verin istədiyim tək, Qəlbimdən keçəni yaşayam gərək. Bir eşqin dərdidi, bir ömrün yası, Böyük arzuların xırdalanması.

1973, 7 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.