Əsas məzmuna keç

Qoşma

Arzu

Zəlimxan Yaqub

1

Nə ömür tükənə, nə yol tükənə, Yeriyib gedəsən dağlara doğru. Zaman əllərində yumağa dönə, Keçəsən çağlardan çağlara doğru.

Aşılmaz sədləri bir-bir aşasan, Bir gün qaynayasan, bir gün daşasan. Getdikcə özünə yaxınlaşasan, Yatasan köklərə, tağlara doğru.

Təzə cığır sala, iz tuta insan, Yolu da yol kimi düz tuta insan, Üz qoya, Allaha üz tuta insan, Gedə dirilərə, sağlara doğru.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.