ARZU
Nə xoşdur yetsə aşiq vəsli-yarə, Çəkə can kimi dildarın kənarə! Ona şərh eyləyə hicran bəlasın, Sirişki-çeşmi-zarın macərasın. Xudavənda, behəqqi-İsü Yəqub, Məni hicran əlində qoyma məğlub! Yetir bu xəstəni vəsli-nigarə, Mübəddəl qıl xəzanini bəharə. Gözüm görsün rüxi-zibayi-yarı, Görüm bəzmimdə yari-gülüzarı. Qalıbdır hicrdə avarə Seyyid, Bu dərdi-hicrə bilməz çarə Seyyid.