Əsas məzmuna keç

Heca şeiri

Arxayın olma

Zəlimxan Yaqub

1

Baxtım gətirər deyib, Çox da arxayın olma! Tale sənin özünsən, Baxta arxayın olma!

Könül bağlasan elə, Dönərsən coşqun selə. Qızıldan olsa belə, Taxta arxayın olma!

Ömrü keçirmə hədər, Ucal zirvələr qədər. Yorulanda nəfəs dər, Toxta, arxayın olma!

Yağdırar saçına qar, Gələr qış, gedər bahar. Quş olub uçmağı var, Vaxta arxayın olma!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.