Artıq adam
Malsan mələ, atsan kişnə, itsən hür, Yox olmağın, var olmağın bilinsin. Nə deməkdi yaşadığın bu ömür, Eşitməyin, kar olmağın bilinsin.
Yollar uzun, ömür gödək, fürsət az, Cır ağaclar dadlı meyvə bitirməz. Sən qalmaqla dünya heç nə qazanmaz, Sən getməklə, dünya heç nə itirməz!