Əsas məzmuna keç

Qoşma

Arı bələdçidi çəmən yolunda

Zəlimxan Yaqub

1

Qədim kənd yolları çağıra məni, Yollar dəlisitək yeriyəm gedəm. Qışda cığırlara yağam qar kimi, Yazın günəşitək əriyəm gedəm.

Dəli şimşəklərin düşəm oynuna, Qollarım dolana qartal boynuna, Çən kimi çəkiləm dağlar qoynuna, Nəmli ətəyimi sürüyəm gedəm.

Arı bələdçidi çəmən yolunda, Beşik ilk addımdı kəfən yolunda, Ölüb şəhid olam Vətən yolunda, Qara torpağında çürüyəm gedəm.

2003, 5 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.