Əsas məzmuna keç

Qoşma

Araz üsdə

Zəlimxan Yaqub

1

Araz üstdə bir ah çəkdim, ay ellər, Araz görən nisgilimi duydumu? Bir görəydim bu amansız ayrılıq Dağ çəkməmiş bircə sinə qoydumu?

Nə düşünür yurdun oğlu, bilmirəm, Korlaşdımı hissi, ağlı, bilmirəm. Yollar bağlı, sinə dağlı, bilmirəm O tərəfdə matəmdimi, toydumu?

Xəzinəsi yad ellərdə paylanır, Məlhəmsizdi, yaraları hoylanır. Mənə sarı neçə şəhər boylanır, Təbrizdimi, Mərənddimi, Xoydumu!

Qan uddurdun neçə-neçə mərdə sən, Güc qoymadın igiddə sən, ərdə sən. Saldın bizi bir çəkilməz dərdə sən, Zalım həsrət, istədiyin buydumu?!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.