Əsas məzmuna keç

Qoşma

Arasında

Zəlimxan Yaqub

1

Göz gözdən od alar, ürək ürəkdən, Barmaqlar qızınar əl arasında. Arı nemətini bala döndərib, Tapar həyatını gül arasında.

Söhbəti haqlayar ağaran danı, Aşığın saz ilə qaynayar qanı. Ölməz havalara tapşırıb canı, Təzənə əriyər tel arasında.

Tərpənsə qəlbimin incə bir simi, Uzadar ömrümü nəğmələr kimi. Ana, tez ölsəm də çəkmə dərdimi, Əgər səsim qalsa el arasında.

1975, 17 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.