Arasında
Təzə aşnalıqla köhnə dostluğun Fərqi var qış ilə yaz arasında. Namərddə qaydadı: kəsər basdığın, Hər kəs hesab çəksin öz arasında.
Qüdrətdən ucalan zülm ilə enməz, Haqdan yanan çıraq bad ilə sönməz. Dost dostdan inciyər, qəlbində dönməz, Olar bir az ərkinaz arasında.
Adam var danışır, anlamır sözün, İçməmiş piyandı, itirir özün, Bu işveyi nazın, o qaşu gözün, Hörməti var şeyitbaz arasında.
Ələsgərəm, qəmü möhnətdi yüküm, Fil çəkməz bu dərdi, mən necə çəkim!? Haqq ilə nahaqqı axtaran hakim Tapar qulaq ilə göz arasında.