Əsas məzmuna keç

Heca şeiri

Aparıram

Zəlimxan Yaqub

1

Bu dağdan ürəyimdə, Bir çəmən aparıram. Bir az duman götürüb, Bir az çən aparıram.

Ucaldım zirvələrtək, Hər gün ucalmaq gərək. Ürəyi dolu, kövrək, Ruhu şən aparıram.

Özüməm çiçək dərən, Özüməm çələng hörən. Dağda nə qalır görən, Dağı mən aparıram!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.