Əsas məzmuna keç

Qoşma

Apardı

Zəlimxan Yaqub

1

Gedişin tükətdi bərəkətimi, Sanki yellər gəldi, sellər apardı. Ayaz şillə çəkdi yanaqlarıma, Qazdı, torpağımı bellər apardı.

Olsam da dünyanın sərti, mətini, Nə bilim hardadı işin çətini. Bizim eşqimizin səadətini Fitnələr taladı, fellər apardı.

Bilmədim çoxunu, azını eşqin, Çəkdim ömrüm boyu nazını eşqin. O qədər çaldım ki, sazını eşqin, Əlimi sim yedi, tellər apardı.

1976, 30 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.