Əsas məzmuna keç

Qoşma

Aparanda

Zəlimxan Yaqub

1

Yaylığım gözümdən betər ağlayır, İnsan gözlərini yaş aparanda. Çimir kirpiklərim duzlu sularda, Dizimi dağ yeyib, daş aparanda.

Yanan ürəyini soyuda bilmir, Yatmış taleyini oyada bilmir, Allahın yoluna qayıda bilmir, Şeytan azdıranda, çaş aparanda.

Haqdı danışdıran haqqa tən dili, O, millət dilidi, o, Vətən dili. Ya başı kəsilir, ya ötən dili, Şairlər bir azca baş aparanda.

2006, 31 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.