Annax bəy
Eyvanın, otağın mübarək olsun, İmarəti al qumaşdı, Annax bəy! Bü yerdə gördüyüm bəylər içində Səxada hamıdan başdı, Annax bəy!
Qazax bəylərindən qonağı gəldi, Bir həftə ziyafət göyə yüksəldi, Şah Abbas şülənli məclis düzəldi, Hatəm süfrəsini aşdı, Annax bəy!
Bəylərin bəyisən, xanların xanı, Unutma insafı, satma imanı, Əldə əsas tutma qəni dövranı, Neçələri gəldi keşdi, Annax bəy!
Vaxt olacaq ömür yetəcək başa, Hörmət qoy hamıya, hörmətli yaşa, Bu dünya işinə qılsan tamaşa, Mal-dövlətin sonu puşdu, Annax bəy!
Yazıq Ələsgərin çoxdu nalası, Silinmir könlünün açılmır pası. Hər zaman qəm çəkir, saxlayır yası, Gəşt eyləyir gözü yaşdı, Annax bəy!