Anlamaz
Bədəsilə bəylik yetsə bir gündə, Alar ovun, salar quşun anlamaz, Yarlığı yürüyən mürvətsiz bəylər, Füqəra gözündə yaşın anlamaz.
Bələd başlar doğru yola çın ilə, Aqil igid söz başlamaz «mən» ilə, Namərd adam gənəşər zənən ilə, Qoç igidlər zənən işin anlamaz.
Mərddən dilək etsən deyər: «Xub olar», Bir bəxşişdən yetmiş bəla dəf olar, Müxənnəs gənəşi evdə çox olar, Düşmən görsə, bu vərdişin anlamaz.
Haq yolunda kim xeyrat, ehsan qılar, Qiyamətdə bir yerinə on gələr, Namərd düşmən görsə, qüssədən ölər, Qoç igidlər dördün, beşin anlamaz.
Məxdumqulu, bəy yanında dil başlar, Qılıncı, qeyrəti olan el başlar, Mərddən qardaş yığın görsə, yol başlar, Namərd oğlu tayın-tuşun anlamaz.