Əsas məzmuna keç

Heca şeiri

And yerimiz

Zəlimxan Yaqub

2

Vətən bizim qibləmiz, Vətən eşqi şahımız. Unutsaq bu hikməti, Yuyulmaz günahımız.

Qar oldu, ayaz oldu, Gah qış, gah da yaz oldu. Qılınc oldu, saz oldu Ən kəskin silahımız.

Getsin duman-çənimiz, Sünbüllənsin dənimiz. İtməsin dünənimiz, Batmasın sabahımız.

Göydədi sönməz işıq, Göydədi yar-yaraşıq. Göylərə bağlanmışıq, Yerdə qalmaz ahımız.

Bir arzunun şamıyıq, Bir sevginin camıyıq. Biz Allah adamıyıq, Eşidər Allahımız.

Gəz, dolan, baxdıqca bax, Nə çox dünyada torpaq. Azərbaycandır ancaq, Andımız, “vallah”ımız!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.